DTA TABELİYİNDƏKİ QORUQLARA GİRİŞ MƏHDUDİYYƏTİ ARADAN QALDIRILDI

Bu barədə qərar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının 18 may 2020-ci il saat 00:00-dan etibarən Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə qərarı rəhbər tutularaq qəbul edilib.

Müəssisələrin fəaliyyəti, həmçinin TƏBİB tərəfindən hazırlanan “Turizm və hotelçilik sektorunda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”in tələbləri nəzərə alınmaqla davam etdiriləcək.Artıq ziyarətçilər “Atəşgah məbədi”, “Kiş”“Yanar dağ” və “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunu sosial məsafə və sanitar-epidemioloji qaydalara əməl etmək şərtilə ziyarət edə bilərlər. Agentliyin tabeliyindəki bütün turizm müəssələrində karantin rejimi ilə bağlı sosial izolyasiya və profilaktik tədbirlərə dair qaydaları pozan ziyarətçilər barəsində Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qaydada tədbirlər görüləcək.Xatırladaq ki, Agentlik Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin təqbiqi qərarını rəhbər tutaraq tabeliyində olan turizm nümayiş obyektləri, məbəd və muzeylərə girişə məhdudiyyət qoymuşdu.