Bəzən elə olur ki, insan köməksiz bir halda çöldə gecələməli olur. Bu zaman ona gecələmə məkanı hazırlamaq və ya yeyəcəklərini asmaq üçün kəndir lazım ola bilər.
Bəs əgər çöldə gecələmə planınız olmadığı halda belə bir vəziyyətlə üzləşmisinizsə doğal vasitələrdən necə kənidr hazırlamaq olar? İlk əvvəl onu da qeyd edək ki, təbiətdə gördüyümüz hər şey özünüzü köməksiz sandığınız an yardımınıza çata bilər. Çöldə doğal vasitələrdən kəndir hazırlamaq işinə müxtəlif otlar, ağac qabıqları, kol budaqları yardım edə bilər. Gicirtkən otu köklərindən kəndir düzəldərkən, kökləri yaxşıca bükülə bilən hala gələnə qədər suda saxlamaq lazımdır. Sonra kökləri bir daşın köməy ilə döyərək liflərə ayırmaq və qurumağa qoymaq gərəkir. Quru lifləri bir- birinə dolayaraq dəstə halına gətirmək və bu dəstələri sıx hörmək olar. Kəndirin düzəldilməsində söyüd budaqlarından və cökə qabıqlarından da yararlana bilərsiniz.