DONDURMA ALARKƏN DİQQƏTLİ OLUN
Baxış sayı: 800
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi isti yay günlərində dondurma alarkən vətəndaşların daha diqqətli olmağa çağırır. Agentlik bildirir ki, AQTA tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal edilən qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Bu barədə AQTA sözçüsü Aysel Fərziyeva bildirib. Agentlik rəsmisi insanları dondurma alarkən diqqətli olmağa çağırıb. AQTA sözçüsü bildirir ki, "Kənar təsirlərə - istiyə, soyuğa, qoxuya daha tez məruz qadığı üçün dondurma alarkən məhsulun qabının əzilmiş olmadığı və hermetikliyinin pozulmadığına diqqət etmək lazımdır.
Onu da xatırrladaq ki, Agentlik tərəfindən bu məhsulların saxlanılmasının qaydalara uyğun həyata keçirilməsi ilə bağlı mütəmadi olaraq monitorinqlər aparılır və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür.