Süni intellekt artıq gündən-günə insanların gördüyü işlərin çoxunu yerinə yetirir. XXI əsr texnologiyanın ən inkişaf etmiş bir dövrüdür. 5 insanın 10 saata gördüyü işi süni intellektlə idarə olunan tək bir robot 1 saata görə bilir.
ABŞ-da fəaliyyət göstərən "Agility Robotics" tərəfindən hazırlanan robot modeli olan Digit istifadəyə verildi. Şirkət satışa çıxarılan poçtalyon robotların qiymətini açıqlamasa da robota ilk sahib olan şirkətin Ford olduğu doğrulanıb.Digitin xüsusiyyətləri nədir? Bir insana bənzəyən 2 ayaqlı Digit pilləkənlərlə yuxarı və aşağı hərəkət edə bilər.Yüngül bir materialdan hazırlanan robot cəmi 18 kiloqram ağırlığında və kobud ərazi üzərində rahatca gedə və tarazlığı pozmadan maneələri aşa bilər.Avtonom çatdırılma robotları üçün vacib olan bu xüsusiyyətə əlavə olaraq Digit fərqli bir dizayna da sahibdir və özü tərəfindən çox kiçik bir həcmə çata bilər. Avtonom robot, hara getmək lazım olduğu və çatdırılmaq üçün evin ön hissəsinə necə getməyiniz barədə məlumatlarla təchiz edilmiş bir sürücüsüz nəqliyyat vasitəsi ilə daşınır. Son nöqtəyə çatdıqda isə robotun nəqliyyat vasitəsindən çıxması üçün lazım olan bütün məlumatlar simsiz olaraq ötürülür.