DİGAHDA 360 YERLİK YENİ MƏKTƏBİN TİKİNTİSİNƏ START VERİLİB

Quba rayonundakı məktəb binalarında uzun illər təmir işlərinin aparılmamas ı tədris ocaqlarında təhsilin səviyyəsinə təsirsiz ötüşmürdü. Lakin son 3 il ərzində bu istiqamətdə dövlətimizin həyata keçirdiyi tədbirlər müsbət töhfələrini verib.Xüsusən də yeni məktəblərin tikintisi, yeni modul məktəblərin inşası baxımından.Qubanın Digah kənd orta məktəbi binası da rayonun köhnə tikili tədris müəssisələrindən idi.Qəzalı vəziyyətdə olan bu binada normal tədris üçün böyük çətinliklər vardı. Artıq Digahda da 360 yerlik, 4 korpusdan ibarət yeni məktəbin tikintisinə start verilib.Onu da vurğulayaq ki, cari ildə də Qubanın bir neçə kəndində də modul tipli məktəblərin tikintisi nəzərdə tutulur.