DAĞISTANDA AKSİYALAR BAŞLAYIB
Baxış sayı: 719
Mahaçqala və Xasavyurtda yüzlərlə insan Ukrayna ilə müharibəyə kişilərin səfərbər edilməsinə etiraz olaraq aksiya keçirib. Rus teatrının binası qarşısına toplaşan insanlar əllərində müharibə əleyhinə şüarlar tutublar. Mitinqin ilk saatları sakit keçib. Qadınlar polislərə izah etməyə çalışıblar ki, Rusiya özü Ukraynaya hücum edib. İşğalçını isə şəhid adlandırmaq olmaz. “Qafqazi.TV” Rusiya mediasına istinadən xəbər verir ki, aksiyalar zamanı etirazçılarla polis arasında kütləvi dava olub. Bilgiyə görə, 90-a yaxın etirazçı saxlanılıb. Axşam saatlarında isə, etirazçılarla bacarmayan Polis, Milli Qvardiyadan əlavə qüvvələr çağırmağa məcbur olub.