COP29-A KİMİ ERMƏNİSTANLA SÜLH MÜQAVİLƏSİ İMZALANACAQ?

Ermənistan Azərbaycanı noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransına qədər sülh sazişinin artıq razılaşdırılmış maddələrini imzalamağa dəvət edir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Baş nazir vurğulayıb ki, bunda məqsəd sülh prosesinin inkişafı üçün stimullaşdırıcı mühit yaratmaqdır. Xatırladaq ki, COP29-da iştirak etmək üçün dünyanın bütün dövlət başçılarına dəvət göndərilib. Azərbaycan energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov “Anadolu” agentliyinə müsahibəsində deyib ki, 50-dən çox dövlət və hökumət başçısı COP29-da iştirak edəcəyini təsdiqləyib. “Bu rəqəmin artacağını gözləyirik. Ermənistan da dəvət olunub”.