CEYHUN BAYRAMOV VƏ ARARAT MİRZOYAN VAŞİNQTONDA GÖRÜŞƏCƏK

 “Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun Vaşinqtonda görüşü 2024-cü ilin yanvarında keçiriləcək”. Bu barədə Ermənistanın İctimai

Televiziyasının efirində ölkənin xüsusi təyinatlı səfiri Edmon Marukyan bildirib. “Hazırda imzalanmağa hazır olan yekun və razılaşdırılmış sülh müqaviləsi layihəsi yoxdur. Ümid edirik ki, yanvarda keçiriləcək XİN səviyyəsində Azərbaycanın da razılaşdığı görüşdə biz bu mətni razılaşdıracağıq”, - deyə o, qeyd edib. Xatırladaq ki, bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət departamentinin Qafqaz üzrə müşaviri Lui Bono ilə görüşündə nazirlərin Vaşinqtonda görüşünə razılıq verib.