CEYHUN BAYRAMOV ERMƏNİ HƏMKARI İLƏ TELEFONLA DANIŞIB

Xatırladaq ki, aprelin 11-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub. Tərəflər Azərbaycan və Ermənistan liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq gələcək sülh sazişinin hazırlanması üzrə iş, birgə sərhəd komissiyasının təşkili, habelə humanitar məsələləri müzakirə ediblər.