CAHİT BAĞÇI QUBA RAYONUNDA OLUB
Baxış sayı: 476
Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Cahit Bağçının rəhbərlik etdiyi nümayəndə heyəti Quba rayonuna səfər edib. Səfər çərçivəsində qonaqlar əvvəlcə, Quba Rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyev və RİHB aparatının məsul şəxsləri İqrığ kəndində türk şəhidlərinin məzarını ziyarət etdilər. “Torpaq uğrunda ölən varsa vətəndir. Onlar müstəqillik və suverenlik uğrunda Anadolunun hər cəbhəsində qəhrəmancasına vuruşub, qardaş Azərbaycanın müstəqillik mübarizəsi üçün qaçıb gəldilər. Bu gün biz qəhrəman şəhidlərimizin mənəvi hüzurundayıq”, - deyə səfir qeyd edib. Sonra Quba rayon Şəhidlər xiyabanına gələn səfir ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb. Şəhidlərin ruhlarına dualar oxunub, məzarları önünə gül dəstələri düzülüb.Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Cavit Bağçının Qubada səfəri proqram üzrə davam edib. Aşağı Atuc kəndində "Quba Aqro" MMC və "Cənnət" MMC-nin istehsal sahələri və nümunəvi alma bağı ilə tanış olduqdan sonra Cavit Bağçının başçılıq etdiyi nümayəndə heyəti və Quba Rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyev və RİHB aparatının məsul şəxsləri "Quba Soyqırımı" Memorial Kompleksində olublar. Burada 1918-ci ildə ermənilər tərəfindən kütləvi soyqırıma məruz qalan dinc insanların xatirəsinə ucalmış abidə ziyarət edilib, Soyqırım Muzeyinə baxış keçirilib. Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Cavit Bağçının Quba səfəri başa çatıb. Səfir gün ərzində göstərilən diqqət və qonaqpərvərliyə görə Quba RİH başçısı Ziyəddin Əliyevə minnətdarlığını bildirib.