"C-130" HƏRBİ YÜK TƏYYARƏSİNİN QARA QUTUSU ARAŞDIRILIR
Baxış sayı: 17
Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan "C-130" hərbi yük təyyarəsinin qara qutusunun TUSAŞ obyektlərində ətraflı araşdırıldığını açıqlayıb. Bu barədə bəyanatı nazirlik yayıb. Bəyanatda deyilir ki, araşdırmalar başa çatdıqdan sonra nəticələr tam şəffaflıqla ictimaiyyətə təqdim ediləcək. "Hazırda Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan "C-130" tipli hərbi yük təyyarəmizin qara qutu kimi tanınan FDR (Flight Data Recorder) və CVDR (Cockpit Voice Data Recorder) cihazlarının TUSAŞ obyektlərində öyrənilməsi, həmçinin hadisə yerində təyyarə qəzasını araşdıran komandamızın işi davam edir. Qəzaya uğrayan təyyarəmizin qalıqları Kayseridəki 2-ci aviasiya təmir zavodumuzda ətraflı şəkildə araşdırılacaq", - deyə bəyanatda deyilir. Xatırladaq ki, Qeyd edək ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan heyət üzvləri də daxil olmaqla 20 hərbçi həlak olub.
