BƏRĞOV KƏNDİNDƏ YENİ MƏKTƏB TİKİLƏCƏK

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Vəlvələ kənd inzibati ərazi dairəsinin Bərğov kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon prokuroru,

rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.

Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də rayonumuzda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Bərğov kənd ümumi orta məktəbinin qarşısında qoyulmuş Birinci Qarabağ Müharibəsi şəhidi Əhmədov Zahid Alim oğlunun büstü ilə tanış olub.