BÖYÜK VƏTƏN MÜHARİBƏSİNİN QUBADAN OLAN İŞTİRAKÇILARINA BAŞ ÇƏKİLİB

Quba rayonunun Digah kənd sakini ,95 yaşlı Lidiya Rüstəmovanın Böyük Vətən Müharibəsindəki şərəfli döyüş yolu Bakıdan Berlinədək uzanır.

Belarusiya, Stalinqrad, Almaniya cəbhələrində cəsur tibb bacısı kimi xidmət keçən müharibə qəhrəmanını faşizm üzərində qələbənin 75 illiyi münasibətilə təbrik etməyə gələnlər onun hünər yolunun qürurunu yaşadılar.Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Lidiya Rəsulovanı qələbə günü münasibətilə təbrik etdi.Böyük Vətən Müharibəsi iştirakçısına yubiley medalı və hədiyyələr təqdim olundu.Quba şəhərində yaşayan 95 yaşlı Tahir Tahirov isə faşizmə qarşı savaşın Taqanrok cəbhəsində şücaət göstərən qəhrəmanlarımızdandır.Qələbənin 75 illiyi münasibəti ilə onu təbrik etməyə gələnlərə minnətdarlığını bildirən müharibə veteranı,gün o gün olsun ki,Qarabağ qələbəsini də yaşayaq-deyə arzusunu səsləndirdi.Qubada qəhrəmanlığı və mehribanlığı ilə sevilən Böyük Vətən Müharibəsi Veteranlarındandır Yunis əmi.1922-ci il təvəllüdlü Yunis Kazımovun döyüş yolu Şimali Qafqazdan başlayıb Ukrayna və Polşa ərazilərindən keçməklə Berlində yekunlaşıb.İllərdir qarşısına çıxana şirni paylamağı adətinə çevirən savaş qəhrəmanının əsas arzusu Qarabağ zəfərinə muşduluğ verməkdi.