BÖYÜK QAYIDIŞ DAVAM EDİR

Bu gün Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsinə start verilib. Rayonun “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə Böyük Qayıdışa uyğun olaraq 63 nəfərdən ibarət daha on iki ailə köçürülür. Bu gün on iki ailədən ibarət birinci köç karvanı Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən yola düşüb. Digər 13 ailə isə ikinci köç karvanı ilə sentyabrın 9-da məcburi köçkünlük həyatına son verəcək. Ağalı kənd sakini Mübariz Fərhadov 29 ildən sonra keçirdiyi hissləri Qafqaz TV - ə danışdı.