BUDAPEŞTDƏ TDT BAŞÇILARININ QEYRİ-RƏSMİ ZİRVƏ GÖRÜŞÜ KEÇİRİLİB

Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Macarıstanın Baş naziri Viktor Orban dövlətimizin başçısını qarşıladı. Əvvəlcə birgə foto çəkdirildi. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış etdi. Sonra Zirvə görüşündə sənədlər imzalandı.