BU ƏRAZİLƏR AZƏRBAYCANA TƏHVİL VERİLİR

Ermənistan və Azərbaycan arasında demarkasiya ediləcək növbəti ərazilərin hara olacağı artıq müəyyənləşir. Bu barədə “Hraparak” nəşri yazıb. Nəşr qeyd edir ki, demarkasiya işləri

mərhələli şəkildə aparılacaq.

 “Növbəti addım anklavların yəni Kərki, Yuxarı Əskipara, Bərxudarlı və Sofulunun qaytarılması olacaq. Ardınca Söyüdlü və Basarkeçər rayonu, daha sonra Zəngəzur olacağı deyilir. Dünən Göyçə mahalının Çəmbərək rayonunun Vahan kəndindən xəbər verdilər ki, yaxınlıqdakı tarlalarda tədqiqatçıları görüblər. Onlar bildirib ki, Azərbaycan bu istiqamətdə 12 müdafiə mövqeyinin verilməsini tələb edir. Artıq həmin ərazilərin təhvil verilməsi vəd edilib”, - deyə nəşr yazır.