Yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti sabit və yağmursuz keçəcək. Bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, avqustun iyirmi ikisindən iyirmi beşinədək havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında otuz üç - otuz səkkiz dərəcə, Azərbaycanın rayonlarında otuz beş - otuz səkkiz dərəcə,, Mərkəzi Aran və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində isə qırx – qırx bir dərəcəyədək isti olacağı gözlənilir. Gülşad Məmmədova, həmçinin vurğulayıb ki, bölgələrdə avqustun iyirmi birində arabir yağıntılı hava şəraiti müşahidə olunacaq. Bəzi yerlərdə yağışın qısamüddətli, leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Ayın iyirmi biri gündüz saatlarında yağıntılar tədricən kəsiləcək, iyirmi ikisində isə əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.
