BU İL İSTİLİK NƏ VAXTDAN VERİLƏCƏK?

Bu il də istilik mövsümü Nazirlər Kabinetinin qərarına uyğun olaraq, noyabrın 15-də başlayacaq. Bu sözləri Azəristiliktəchizat ASC-nin sözçüsü Elvin Basqallı deyib. “Azəristiliktəchizat ASC-nin balansında 561 qazanxana və 88 istilik məntəqəsi var. Noyabrın 1-dən respublikanın 9 dağlıq şəhər və rayonuna bura Xaçmaz, Qəbələ, Quba, Qusar, Lerik, Şamaxı, Siyəzən, Şabran və Şuşa rayonları daxildir ki, artıq bu rayonlara istiliyin verilməsinə başlanılıb. Rayonlarda istiliyin verilməsindən sonra 40 qazanxana işə düşüb. Mövsüm ərzində 561 qazanxana fəaliyyət göstərəcək. Ümumilikdə respublika üzrə 3870 yaşayış binası, 151 səhiyyə müəssisəsi və 2500-ə yaxın digər obyektlər, o cümlədən Bakıda 175 məktəb, 127 uşaq bağçası, bölgələrdə 110 məktəb və 34 uşaq bağçası mərkəzləşdirilmiş istiliklə təmin ediləcək”, - deyə Elvin Basqallı bildirib.