BU GÜNÜN TARİXİ (19 May)

19 may hepatitlə beynəlxalq mübarizə günüdür. Bu gün hepatit xəstəliyi olanların 200-dən çox assosiasiyasını birləşdirən Hepatitlə Mübarizə üzrə Beynəlxalq Alyans tərəfindən elan edilib.

Dünya Səhiyyə Təşkilatının müəyyənləşdirdiyinə görə hepatit əksər hallarda virus yoluxmasının törətdiyi qara ciyərin iltihabıdır. Hepatitin A, B, C, D və E adlı beş əsas virus növü mövcuddur.A və E hepatitini bir qayda olaraq çirkli qida məhsulları və su törədir. B, C və D hepatitləri isə adətən orqanizmin yoluxmuş mayelərlə parenteral təması nəticəsində inkişaf edir.B hepatiti həmin xəstəliyin ən ağır növü hesab edilir. Heç də təsadüfi deyil ki, hiss olunmadan keçən və tez-tez ölümlə nəticələnən bu hepatit növünü “sakit qatil” adlandırıblar.Dünya Səhiyyə Təşkilatının məlumatına görə dünyada 2 milyarda yaxın adam B hepatiti virusuna yoluxmuş, 350 milyona yaxın insan isə bu xəstəliyin xroniki infeksiya daşıyıcısıdır. Bu gün xalq şairi Rəsul Rzanın bu gün doğum tarixidir.Rzayev Rəsul İbrahim oğlu 1910-cu ildə Göyçayda anadan olub.Onun "Bu gün" adlı ilk şeri 1927-ci ildə "Qığılcım" almanaxında (Tiflis) dərc olunub. Böyük Vətən müharibəsi illərində hərbi müxbir olmuş Rəsul Rza xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən əsərlər yaradıb. Ötən əsrin 60-cı illərində Rəsul Rza yaradıcılığının mövzu dairəsi əhəmiyyətli dərəcədə yeniləşib, poeziyasında intellektual mənbə, analitik bədii idrak, müasir həyat hadisələrinə fəlsəfi yanaşma meylləri güclənib. Uşaqlar üçün yaradıcılıq nümunələri, ədəbi-tənqidi və publisistik məqalələri, tərcümə işləri də diqqəti cəlb edir.Şairin "Qızılgül olmayaydı" poeması Azərbaycan ədəbiyyatında repressiya qurbanları mövzusunda yazılan ən dəyərli əsərlərdən biridir. Yaradıcılığı müxtəlif illərdə nəfis kitablar şəklində oxuculara təqdim edilib.Şair 1981-ci ildə Bakıda vəfat edib. 19 May həmçinin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün doğum günüdür.Mustafa Kamal Atatürk 1881-ci il indiki Yunanıstanın Selanik şəhərində dünyaya gəlib. O, 1923-cü il oktyabrın 29-da Osmanlı dövlətini ləğv edərək Türkiyə Cumhuryyətini elan edib. Türkiyənin ilk prezidenti, görkəmli dövlət xadimi, marşal, 1919-cu ildə başlayan Türk Qurtuluş Savaşının öndəridir. O daha sonra, müasir Türkiyəni formalaşdıran bir sıra islahatlar həyata keçirib. Əvvəlcə Osmanlı, sonra isə Türkiyə ordusunda zabit kimi uzun müddət qulluq edib. Ömrünün sonuna qədər 4 dəfə Türkiyə prezidenti olub. Türkiyə tarixində bu vəzifəni ondan daha uzun müddətə daşıyan prezident olmayıb.Şərəfli tarix yolu keçən Mustafa Kamal Atatürk 10 noyabr 1938-ci ildə tutulduğu serroz xəstəliyindən İstanbulda vəfat edib.