BU GÜN NOVRUZUN İLK ÇƏRŞƏNBƏSİ, SU ÇƏRŞƏNBƏSİDİR

 Bu gün novruzun ilk çərşənbəsi, su çərşənbəsidir.Buna el arasında "Əzəl çərşənbə", "Gül çərşənbə", "Sular Novruzu" da deyilir. Su çərşənbəsi ilə evlərdə bayram hazırlıqları başlayır. İlk çərşənbə Yazın gəlişindən xəbər verir.

Su həmçinin həyat mənbəyi, aydınlıq rəmzidir. Suya tapınma inamı ilə bağlı olan ilk çərşənbənin su çərşənbəsi olması heçdə təsadüfi deyil. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, bayatılar, əfsanələr və rəvayətlər var. Bütün təmizlik işlərinə ilk çərşənbədən başlayır. Qədim inanclarda su həm də sağlamlığın rəhni, min bir dərdin dərmanı hesab edilir. Ona görə də insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulayırlar Bu çərşənbədə xanımların sübh erkəndən axar su üstünə getmələri kimi inanc var. Bütün arzu diləklər daim saf olan axar sulara deyilər, uğur və xoşbəxtlik istənilər.Dörd çərşənbənin əzəli olan su çərşənbəniz mübarək olsun.