BU GÜN AZƏRBAYCANDA NÖVBƏDƏNKƏNAR PARLAMENT SEÇKİLƏRİDİR

Fevralın 9-da Azərbaycanda VI çağırış Milli Məclisə seçkilər keçirilir.5 milyon 329 min 460 vətəndaş 9 fevral parlament seçkilərində səsvermə hüququndan istifadə edə bilər.

Fevralın 9-da səhər saat 08.00-da Azərbaycanın bütün ərazisində Milli Məclisə seçkilər başlayıb.Seçkilər 125 seçki dairəsi üzrə 5573 məntəqədə keçirilir. Məntəqələrdə 5 milyon 329 min 460 seçicinin səs verməsi üçün hər cür şərait yaradılıb. Məntəqələrə 5 milyon 387 min 600 seçki bülleteni paylanılıb. Parlament seçkilərində 1314 deputatlığa namizəd mübarizə aparır. Onlardan 246-sı siyasi partiyaların siyahıları ilə irəli sürülüb. Eyni zamanda namizədlərdən 1 057-i öz təşəbbüsü ilə, 11-i isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Namizədliyi qeydə alınanların 79 faizi kişi, 21 faizi qadınlardır. Milli Məclisə Seçkini 77 790 yerli müşahidəçi izləyəcək. Onlardan 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Bundan başqa, seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Beynəlxalq müşahidəçilər 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil edirlər. Qeydiyyatdan keçmiş yerli müşahidəçilərin sayı isə 77 min 790-dır. Onlardan 35 min 152-si siyasi partiyaların, 2737-si isə QHT-lərin təmsilçiləridir. Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Parlament seçkilərinin gedişini 132 beynəlxalq KİV-in 199 təmsilçisi işıqlandıracaq. Bu KİV-lər 47 ölkəni təmsil edirlər. Prosesi 132 beynəlxalq KİV təmsilçisi işıqlandırır. Ümumilikdə 89 min 676 nümayəndə seçkiləri müşahidə etmək hüququ qazanıb. Səsvermə saat 19:00-da bitəcək.