BU GEDİŞLƏ ERMƏNİSTANDA ERMƏNİ QALMAYACAQ
Baxış sayı: 601
Ötən il ermənistanı 7 mindən çox insan tərk edib. Bu barədə bilgini Ermənistan mətbuatı yayıb. Bildirilir ki, 2022-ci ilin yanvar- sentyabr aylarında ölkənin Zvarnots Beynəlxalq Hava limanından sərnişin axını 2 milyon 593 min nəfəri ötüb. Hava limanına gələn sərnişinlərin sayı 1 milyon 293 min 612, gedənlərin sayı isə 1 milyon 299 min 789 nəfər olub. Həmin dövrdə Şirak Hava limanında sərnişinlərin ümumi sayı 42 min 640 nəfər təşkil edib. Aeraporta gələn sərnişinlərin sayı 20 min 567, gedənlərin sayı isə 22 min 73 nəfər olub. Qeyd edilir ki, bu dövrdə ümumilikdə Ermənistana hava yolu ilə 1 milyon 314 min 179 nəfər gəlib. 1 milyon 321 min 862 nəfər isə ölkəni tərk edib. Ötən ilin yanvar-sentyabr aylarının məlumatıına görə ölkədən gedənlərin sayı, gələnlərin sayından 7683 nəfər çoxdur.