BMT NÜMAYƏNDƏSİ QUBADA OLUB

BMT-nin İnsan Hüquqları Şurasının Qida hüququ üzrə xüsusi məruzəçisi Hilal Elverin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Quba rayonunda olub. Oktyabrın 4-də nümayəndə heyəti ilə

Quba Rayon İcra Hakimiyyətində görüş keçirilib. Qonaqlara Qubanın tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, sosial sahədə aparılan islahatlar, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verilib. H.Elver təmsil etdiyi qurumla ölkəmiz arasında müvafiq sahələr üzrə əməkdaşlıq əlaqələrinin, təcrübə və məlumat mübadilələrinin vacibliyindən danışıb. Görüşdən sonra qonaqlar “ABAD Quba Factory” istehsalat kompleksi, xalçaçılıq müəssisəsi və rayonun başqa görməli yerləri ilə tanış olublar.Nümayəndə heyəti Kənd Təsərrüfatı Nazirliyinin Quba rayonunda yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna da baş çəkiblər.BMT-nin İnsan Hüquqları Şurasının Qida hüququ üzrə xüsusi məruzəçisi Hilal Elver institutun fəaliyyəti ilə də yaxından tanış olub.

{youtube}RV79iCNb854{/youtube)