Çox kiçik xərc çəkərək miniatür şələlələrin və fontanların hazırlanmasını kifayət qədər gəlirli biznesə çevirmək olar. Əsas isə odur ki, bu biznesi yaratmaq üçün böyük maliyyə yatırımına,
mürəkkəb avadanlığa və vasitələrə ehtiyac yoxdur, bacarıqlı əllər bunu adi bir zirzəmidə də reallaşdıra bilər. Tullantılardan, plastik qablardan və yerli məhsullardan - kiçik qaya parçalarından, çay daşlarından istifadə etməklə istər mənzillərdə, istər bağ evlərində, istərsə də kafe və restoranlarda, otellərdə, ofislərdə interyerin bəzədilməsi üçün uğurla istifadə edilən, interyerə gözəllik, həm də ruha sakitlik, harmoniya, əsəblərə isə rahatlıq gətirən miniatür şəlalə və fontanların hazırlanması ilin istənilən vaxtında gəlirli biznes ola bilər. Müştəriləri isə, həm fərdi ev, mənzil sahibləri, həm də kofe-restoran, otel sahibləri, iş adamları arasında axtarmaq lazımdır. Müştəriləri tapmaq üçün hazır məhsulları sosial şəbəkələrdə reklam etmək, hədiyyə və interyer ləvəzimatları satan mağazalarla isə əməkdaşlıq qurmaq effektiv vasitə ola bilər. Yetər ki, yaradıcılığınız göz oxşasın və xəyalnızda qurduğunuz mənzərəni göz önündə canlandıra biləcək qədər bacarıqlı əllərə sahib olasız.
Yeni biznes ideyanız ugurlu olsun.