BİR ROBOT CANLI OLA BİLƏRMİ?

 Amerikalı alimlər Afrika pəncəli qurbağalardan aldıqları kök hüceyrələrlə dünyanın ilk canlı aparatını tanıtdılar.Öz-özünə hərəkət edən bir millimetrdən daha balaca , Dünyada bir ilk olan “Xenobot” adlı robot yaralarını özləri sağalda və canlı orqanizimlər kimi ölə bilirlər.

Bu robotlardan damarlarda tromblaşma üçün, eləcədə okenların mikroplastiklərdən və zəhərli maddələrdən yox edilməsində istifadə ediləcək Ömrü 1 həftə ilə 10 gün arasında dəyişən robot haqqında araşdırmaçı alim Michael Levin -"bunlar canlı proqramlana bilən orqanizimlərdir" dedi. Levin eyni zamanda bu robotlara damarlar, sinir sistemi və hissetmə hüceyrələriylə görmə kimi funkisyalar əlavə edə biləcəklərini bildirib.Onuda əlavə edəkki,Alimlər gələcəkdə “Xenobot” robotlarının daha böyük və quruda gəzə bilən variantı üzərində çalışırlar.