BİR QRUP KÖNÜLLÜ QAFQAZ TV-NİN QONAĞI OLUB

GİKM-in Quba-Xaçmaz regional nümayəndəliyinin və Quba regional “Asan xidmət” mərkəzinin könüllülərindən ibarət bir qrup gənc, 22 İyul Milli Mətbuat Günü ilə bağlı Azərbaycanın ilk

və tək turizm və biznes kanalı olan “Qafqaz” tv-də olublar. Televeziyanın texniki bazası ilə tanış olan gənclər televiziyanın iş prinsipləri haqqında da geniş bilgi aldılar. Verilişlərin hazırlanma proseslərinin hər mərhələsi haqqında bilgi alan könüllü gənclər televeziyanın yaradıcı birliyinin gördüyü işlərlə də yaxından tanış olublar. Gəclərlə Azərbaycanda milli mətbuatının önəmindən danışılarkən ölkəmizin həm də bir informasiya savaşında olduğu və jurnalist adını şərəflə daşıyan insanlar sayəsində bu savaşda Azərbaycanın daim qalib olduğu vurğulanıb. Televeziya ilə tanışlığın sonunda xatirə şəkilləri çəkdirilib.