Biləsuvar və Quba məktəbləri arasında təcrübə mübadiləsi aparıldı.Təhsil sahəsinin inkişafı ən başlıca məsələlərdən biridir. Bu sahənin inkişafı üçün mütəmadi tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biridə Quba və Biləsuvar məktəbləri arasında keçirildi.Gəlin görüşdən hazırladığımız görüntüləri izləyək.
Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması məqsədilə Quba və Biləsuvar rayon Təhsil Şöbələrinin birgə fəaliyyət planına əsasən Biləsuvar rayonunun Xırmandalı kənd 1 nömrəli tam ortaməktəbin və Biləsuvar şəhər 4 nömrəli tam orta məktəbin pedaqoji kollektivləri,Biləsuvar rayon Təhsil Şöbəsinin rəhbərliyi və əməkdaşları Quba rayonuna səfər edib.Səfər zamanı Biləsuvar şəhər 4 nömrəli tam orta məktəbin pedaqoji heyəti Quba şəhər 1 nömrəli tam orta məktəbdə, Xırmandalı kənd 1 nömrəli tam orta məktəbin əməkdaşları isə Qəçrəş kənd tam orta məktəbində olub,qabaqcıl pedaqoji nümunələr,müəllim və məktəb rəhbərlərinin nümunəvi iş üsulları öyrənilib.Görüşdə pedaqoji əməkdaşlığın faydaları,qarşılıqlı pedaqoji dəstək tədbirlərinin həyata keçirilməsi və gələcək perspektivlərin müəyyənləşdirilməsi ilə bağlı dəyirmi masa arxasında fikir mübadiləsi də aparılıb.Səfər çərçivəsində Quba və Biləsuvar Təhsil şöbələri arasında birgə əməkdaşlığa dair memerondum da imzalanıb.