Ölkəmiz Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunur. Stendimizi ziyarət edənlərə ölkəmizin mədəniyyəti, tarixi, müasir ədəbiyyatı haqqında məlumat verilir
Belarusun paytaxtında XXVII Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkası başlayıb. Sərgidə Azərbaycan da təmsil edilir. Sərgi-yarmarkada Azərbaycan haqqında məlumatlar kitabsevərlərə çatdırılır. Ölkəmizin stendində müxtəlif nəşriyyatların 100 addan çox kitabı 10 kv.m.sahədə nümayiş olunur. Stenddə ölkəmizin tarixi, müasir inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı kitablar, bədii ədəbiyyat nümunələri sərgilənir. Stendimizi ziyarət edənlərə ölkəmizin mədəniyyəti, tarixi, müasir ədəbiyyatı haqqında məlumat verilir, jurnal, informasiya bukletləri paylanılır. Sərgidə ölkəmizi Mədəniyyət Nazirliyi ilə yanaşı "Azərnəşr", "Şərq-Qərb" nəşriyyatları və Respublika Gözdən Əlillər Kitabxanası təmsil edir.