BEYNƏLXALQ ETNOİDMAN FORUMU GƏLƏN İL BAKIDA KEÇİRİLƏCƏK

Gələn il Beynəlxalq Etnoidman Forumunun keçiriləcəyi ölkənin adı açıqlandı.Maraqlıdır bu ölkə hansıdır?

2021-ci ildə Beynəlxalq Etnoidman Forumu Bakıda keçiriləcək.Bununla bağlı xəbər Beyəlxalq Etno İdman Federasiyasının prezidenti Bilal Ərdoğan tərəfindən Türkiyənin Antalya şəhərində öz işinə başlamış III Beynəlxalq Etnoidman Forumu çərçivəsində verilib. Forum zamanı Beyəlxalq Etno İdman Federasiyasının prezidenti Bilal Ərdoğan, Azərbaycan Respublikasının Gənclər və idman naziri Azad Rəhimov, və digər respublikaların idman nazirləri idmanının dünyada daha geniş yayılması və tanıdılmasına dair birgə Bəyanat imzalayıblar.Forum zamanı çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov 2021-ci ildə IV Beynəlxalq Etnoidman Forumunun Bakıda keçirilməsinə dair qərarın verilməsini ölkəmizin bundan öncəki illərdə bir sıra mühüm idman yarışları və tədbirlərinə uğurla ev sahibliyi etməsinin nəticəsi olduğunu qeyd etdi. Etno idmanının inkişafına dair birgə sənədin imzalanmasını çox önəmli addım adlandıran nazir, bundan sonra milli idman növlərinin daha da inkişafına, digər dövlətlərin bu idman növlərinin tanıdılıb, geniş yayılmasına cəlb olunması və ümumilikdə, birgə əməkdaşlığın əhəmiyyətinə yeni imkanlar açacağını vurğulayıb. Çövkənin 2013-cü ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına salınmasını Azərbaycanın böyük uğuru adlandırıb.