BEYLƏQAN RAYONU ƏRAZİSİNDƏ YENİ AVTOMOBİL YOLU İNŞA EDİLİR
Baxış sayı: 562
Beyləqan rayonu ərazisində 7 yaşayış məntəqəsini əhatə edən 36 km-lik Gödəklər-Arısu-Qəhrəmanlı-Allahyarlı-Bünyadlı avtomobil yolu inşa olunur.Yenidənqurma işləri hazırda uzunluğu 8 km olan Allahyarlı yolu istiqamətində aparılır. Layihəyə əsasən suvarma və qrunt sularının ötürülməsi üçün 10 yeni suötürücü boruların tikintisi aparılır. Yenidənqurma işləri təkcə 17 min əhalin yaşadığı yaşayış məntəqələrərahat gediş-gəlişin təmin edilməsinə deyil, həm də kənd təsərrüfatının inkişafına da şərait yaradacaq.Görülən işlər çərçivəsində örtüyün və yol geyiminin, həmçinin torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Karxana çınqılı materialından torpaq yatağının bərpası və qazılmış hissələrin doldurulması işləri aparılıb. Torpaq işləri aparılan hissələr profilə salınıb və kipləşdirilib.