Artıq yeni il və Dünya azərbaycanlıların həmrəylik gününə sayılı günlər qalıb.Hər birimiz bu bayramları böyük sevinc və səbirsizliklə gözləyirik.Bəzən bu bayramı sevdiklərimizlə bərabər qeyd etmək üçün uzun yol qət etməli oluruq.Bu zaman köməyimizə avtobuslar çatır.Bunu nəzərə alan Quba avtovağzalı görəsən bayram günlərində sərnişin sıxlığının qarşısının alınması istiqamətində hansı işləri görür?
Hər kəsin səbirsizliklə gözlədiyi yeni il və Dünya azərbaycanlıların həmrəylik gününə bir neçə gün zaman qalıb.Qeyd edilən bayramlar öz gözəlliyi və füsünkarlığı ilə böyükdən kiçiyə hamını heyran qoyur.Ölkəmizdə əlamətdar günlərin qeyri iş günü hesab olunması isə bayramları sevdiklərimizlə bərabər qeyd etməyimizə şərait yaradır.Daha çox ictimai nəqliyyatdan istifadə edildiyini nəzərə alsaq bayram günlərində sərnişin sıxlığının yaranması qaçılmazdır.Elə bu məqsədlə Quba avtovağzalında yarana biləcək sərnişin axınının qarşısını almaq və avtovağzalın ahəngdar işləməsini təmin etmək məqsədi ilə əlavə ehtiyat avtobusların istiqamətlər üzrə xətlərə buraxılması nəzərdə tutulub.Şəhər daxili sərnişin daşıma məsələsinə də toxunan Rəhman Dadaşov bayram günlərində yaşanacaq sıxlığı nəzərə alaraq marşrutlar arasında olan vaxt intervalının 5 dəqiqədən qısaldılaraq 3 dəqiqəyə endiriləcəyini bildirib.Quba avtovağzalında Gün ərzində təxminən 300- sərnişin yola salınırsa,bayram ərəfəsində 600-800 sərnişin daşınması nəzərdə tutulur. Bütün qrafiklər üzrə reyslərə bilet satışı kassalarda aparılır.