Turistlərin sevimli məşğuliyyətlərindən biri də balıq ovudur. Dağlardakı qar suyunun əriməsindən yaranmış su hövzələrində yaşayan balıqlar öz dadına və qida dəyərinə görə isə xüsusilə fərqlənir.
Bəs balıq ovuna çıxan turistlər daha çox nələrə diqqət etməlidirlər ? Balığa getməzdən əvvəl hava bilgisini öyrənmək vacibdir. Çaylarda daşqın mövsümləri zamanı balıq tutmaq təhlükəlidir.Çay yatağının orta hissələrinə keçmək təhlükəli ola bilər. Balıq tutarkən səssizlik gözlənilməlidir. Bu ovun məhsuldarlığını daha da artar. Balıq tutarkən səbrli olmaq lazımdır. Balıq tutmaq çox vaxt apardığından özünüzlə portativ oturacaq gətirməniz çox yaxşı olar. Balıq ovuna yaxın dostunuz və ya ailənizlə gəlməkdən daha maraqlı nə ola bilərki?! Birlikdə əsəblərinizin və gərginliyinizin necə azaldığını hiss edəcəksiniz. Stulunuzda əyləşin, tilovunuzu suda saxlayın və ətrafdakı dağların füsunkar mənzərəsindən zövq alın. Qafqaz dağlarında yaşayan vəhşi quşların nəğməsi sizə əsl ruh sakitliyi bəxş edəcək və balıq ovunuz daha da rəngarəng alınacaq. Balıq əti D vitamini ilə zəngin olduğu üçün görməyə və yaddaşa faydalıdır. Balıq əti tez xarab olduğu üçün tutduğunuz balıqları ya dərhal bişirin ya da diri şəkildə suda saxlayın.Onu da qeyd edək ki, iri torlarla kütləvi balıq ovu qadağandır