Bakının 1918-ci ildə bolşevik-daşnak işğalından azad edilməsinin 101-ci ildönümü münasibətilə Ankara şəhərində təntənəli mərasim keçirilib. TRT-nin sədri İbrahim Eren çıxışında qeyd edib ki, Bakının azad
edilməsinin ildönümlərinin rəhbərlik etdiyi qurumun təşkilatçılığı ilə qeyd edilməsi artıq ənənəyə çevrilib. Tədbirdə TRT-nin Azərbaycanın istiqlal şairi Əhməd Cavada həsr etdiyi filmin təqdimatı olub. Daha sonra gecə, Azərbaycandan gələn incəsənət ustaları, eləcə də Türkiyədə yaşayıb-yaradan musiqiçilərimiz, həmçinin qardaş ölkənin nüfuzlu orkestrlərinin iştirakı ilə keçirilən zəngin konsert proqramı ilə davam edib. Azərbaycanın korifey bəstəkarlarının əsərləri, eləcə də müasir bəstəkarlarımızın yaratdığı bir-birindən maraqlı əsərlər, tanınmış solistlərimizin mahir ifası tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Gecə Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdı Qara dəniz” əsərinin səslənməsi ilə yekunlaşıb.