BAKININ 4 ERMƏNİ MƏHBUSU İRƏVANA VERMƏSİNİN ƏSL SƏBƏBİ

Azərbaycanın Ermənistana 4 ermənini təhvil verməsi, xüsusilə Meşəli qətliamında iştirak etməkdə ittiham olunan Vaqif Xaçatryanın qaytarılması müzakirələrə səbəb oldu. Birinci Qarabağ müharibəsində yaşananlar fonunda cəmiyyətin narazılığı anlaşılandır. Lakin bu addımın məntiqi səbəbi olmalıdır. Xaçatryanın qaytarılmasında bir məntiq ola bilər: xəstəliyinin ağır olması və ölüm riski; 70 yaşlı cinayətkarın həbsxanada ölməsi beynəlxalq diqqəti Bakıda həbsdə olan ermənilərin üzərinə yönəldə və erməni lobbisinin uzun müddətdir nəticə əldə edə bilmədiyi “məhbus kampaniyası”na yeni əsas yarada bilərdi. Çox güman ki, 4 erməninin İrəvana təhvil verilməsi Bakı-İrəvan xəttində sülh prosesinin praktiki müstəvidə icrasını davam etdirməyə xidmət edir. Əks halda bütün təzyiqlərə rəğmən ərazi bütövlüyü və suverenliyini bərpa edən, cinayətkarları Bakıda məhkəmə qarşısına çıxaran Azərbaycan dövlətinin Xaçatryanı “geri çəkildiyi” üçün təhvil verməsi absurd yanaşma olar.