BAKIDA “TURAN”ETNOFOLKLOR ANSAMBILININ KONSERTİ OLUB

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Turan” Etno – Folklor ansamblının və Zəfər qrupunun iştirakları ilə konsert proqramı təşkil olunub. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, qazaxıstanlı dövlət xadimi Aktotı Raimkulova Fondun yaradılması təşəbbüsünə və təşkilata göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə, Qazaxıstan, Türkiyə, Türkmənistan, Özbəkistan, Qırğızıstan və digər Türk dövlətlərinə təşəkkürünü bildirib. Konsertdə rəsmilər, Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların rəhbər və nümayəndələri, deputatlar, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Keçirilən konsertdə Azərbaycanın “Zəfər” muğam qrupu “Can Qarabağ” əsərini və digər mahnıları təqdim edib. Daha sonra çıxış edən Qazaxıstanın tanınmış “Turan” etno-folklor ansamblı Türk dünyasının zəngin musiqisindən nümunələr ifa edib.