BAKIDA VI AZƏRBAYCAN BEYNƏLXALQ ARIÇILIQ KONFRANSI KEÇİRİLİR

Azərbaycan Arıçılar Assosiasiyasından verilən məlumata görə, bu ilki konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Belarus Respublikası, Rusiya, Ukrayna və başqa ölkələrdən peşəkar arıçılar, elm və iş adamları təlimlər verəcək, master klas proqramları həyata keçirəcəklər.

Peşakar Arıçılar Birliyi olaraq həm Azərbaycan, həm də yaxın coğrafiyalardan olan arıçıların iştirakı ilə fərqli mədəniyyətlərdən olan böyük bir ailəni bir yerə toplayacaq.Konfrans müddətində 20-dən çox şirkətin yer alacağı sərgidə Azərbaycan, Çin, Pakistan, Rusiya, Türkiyə və s. kimi fərqli ölkələrdən olan istehsalçılar iştirak edəcək, hər biri öz məhsullarını bölgənin arıçısı ilə tanış edəcək.VI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransının rəsmi hissəsi ilə yanaşı “bal yarışması”, qala gecəsi, mükafatlandırma mərasimləri keçiriləcək.Həmçinin yanvarın 28-də isə qonaqların Bakı şəhərində gəzintisi təşkil olunacaq. Xatırladaq ki, 6 ildir ardıcıl baş tutan konfrans arıçılıq sahəsində Qafqazda keçirilən ən böyük konfransdır.