BAKIDA TURİSTLƏR ÜÇÜN DƏSTƏK MƏRKƏZİ YARADILACAQ

Bəs Dəstək Mərkəzinin turistlər üçün əhəmiyyəti nədən ibarətdir? Dövlət Turizm Agentliyi Bakıda turistlər üçün yardım-dəstək mərkəzi yaradacaq.Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin sözlərinə görə,

turistlər onları maraqlandıran məlumatları həm mərkəzdə, həm də istifadəyə veriləcək dörd rəqəmli “qaynar xətt” vasitəsilə əldə edə biləcəklər.bu mərkəzin turistlərin asan informasiya alması üçün üstünlükləri nələrdən ibarət olacaq cavabını sıradakı süjetimizdə tapacaqsınız "Mərkəzin yerləşəcəyi yer artıq müəyyənləşib və konsepsiyası hazırlanıb. Hazırda mərkəzin digər dövlət qurumlarının da prosesdə iştirakını nəzərə alaraq fəaliyyətinə dair tələb olunan zəruri proqram təminatının yaradılması istiqamətində işlər aparılır. Həmin mərkəz 2020-ci ilin yay mövsümündə istifadəyə veriləcək .Düşünürük ki, bu mərkəz gələn ilin turizm mövsümünə qədər fəaliyyətə başlayacaq", - deyə F. Nağıyev qeyd edib.Agentliyinin sədri əlavə edib ki,"bu gün paytaxtda Bakı Dənizkənarı Parkda, hava limanında və Nizami küçəsində üç turizm informasiya mərkəzi fəaliyyət göstərir. "Mərkəzlərdə Agentliyin əməkdaşları turistləri maraqlandıran mövzular ilə bağlı onları məlumatlandırırlar. Bəzən isə elə məsələlər olur ki, turistlərə agentliyin səlahiyyətinə aid olmayan məsələlər ilə bağlı köməklik göstərə bilmirik. Yaradılmasını nəzərdə tutduğumuz dəstək mərkəzinin, informasiya mərkəzlərindən fərqli olaraq əsas funksiyası, turistlərin müraciətlərinin vahid mərkəzdən koordinasiya edilməsinə nail olmaqdır", - deyə Agentliyin sədri bildirib.