BAKIDA BEYNƏLXALQ ELMLƏR KONQRESİ
Baxış sayı: 633
Bakıda Beynəlxalq Sosial Elmlər Konqresi öz işinə başıayıb. İyunun 4-nə kimi keçiriləcək tədbirdə xüsusi qonaq olaraq Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova iştirak edib. Konqresdə Qarabağın işğaldan azad edilməsi və Xocalı qətliamı kimi məsələlərə diqqət yetiriləcək.
Qeyd edək ki, geniş elmi mövzuları əhatə edən beynəlxalq simpozium təşkil etməklə universitetlər və ölkələr arasında əməkdaşlığı artırmaq, Azərbaycan və Türkiyə alimlərinin hazırladıqları elmi araşdırmaların xaricdə təmsil olunmasını təmin etmək və bu münasibətlə elmə töhfə vermək hədəf olaraq seçilib.
Bundan əlavə, bölgəni tanıtmaq üçün planlaşdırılmış elmi və ictimai səfərlər həyata keçiriləcək. Konqresdə iştirak edəcək alimlərin Azərbaycanın tarixi, mədəni və dini yerlərini görərək, öz sahələrində yeni perspektivlər yarada bilmələrinə şərait yaradılacaq.
İctimai elmlərin bütün sahələrinə açıq olacaq bu konqresdə xüsusi mövzu olaraq Qarabağ seçilib. Bundan əlavə, Şuşa, Füzuli kimi tarixi şəhərlərin, Şuşa, Füzuli soyqrımı kimi mövzuların xüsusi araşdırılması planlaşdırılır.