BAKI - QUBA YOLUNUN SON VƏZİYYƏTİ
Baxış sayı: 691
Aparılan işlər zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri, yararsız monolit-beton dağıdılaraq ərazidən kənarlaşdırılır. Bu işlərin ardınca yol əsasının yararsız qruntu da qazılaraq çıxarılır. Sözügedən qazıntı işləri ərazidən asılı olaraq 2.5 metrə qədər dərinlikdə icra olunur. Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər 7 hissə üzrə aparılır. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin edilib.