BAKI-QUBA YOLUNDA TİKİNTİ-BƏRPA İŞLƏRİ İLİN SONUNADƏK YEKUNLAŞDIRILACAQ
Baxış sayı: 462
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu bərpa edilir. Bununla yanaşı Rusiya Federasiyası ilə dövlət sərhədi istiqamətində ödənişli olması nəzərdə tutulan yeni avtomagistral da inşa edilir. Hər iki yolda tikitni işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır. Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə icra olunur. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin edilib.