BAKI METROPOLİTENİ GÜCLƏNDİRİLMİŞ İŞ REJİMİNƏ KEÇİB

Yay dövrünün qədəm qoyması ilə metropolitendə sanitariya normaların tələblərinə əməl edilməsi ilə bağlı nəzarət mexanizmləri gücləndirilib. Yay mövsümünün gəlməsi ilə sərnişinlər müxtəlif qablaşdırılmış sulardan, həmçinin qida və kulinariya məhsullarından istifadə edirlər. Bunu nəzərə alaraq metropolitendə stansiya və qatarların təmizliyinin qorunub saxlanması üçün bir sıra tədbirlər yerinə yetirilir, monitorinqlər davam etdirilir.