BAKI İRƏVANI 3 MİLYARDDAN ARTIQ XƏRCƏ SALDI

Arazdəyəndəki zavodun Vedi rayonuna (Ararat) köçürülməsi Ermənistan hökumətinə 3 milyard drama başa gəlib. Bu barədə Erməni KİV-ləri bilgi yayıb. “Ermənistan hökuməti

yanvarın 11-də keçirilən iclasda 3,5 milyard dram məbləğində büdcə ayıraraq GTB STEEL MMC tərəfindən Ararat kəndində metallurgiya zavodunun tikintisi barədə qərar qəbul edib. Qərara əsasən, 2023-cü il dekabrın 14-də hökumət Vedi rayonunun Ararat qəsəbəsində metallurgiya zavodunun tikintisi üzrə investisiya proqramını qəbul edib və təsdiqləyib. Torpaq sahələrinin isə GTB STEEL şirkətinə verilməsinə razılıq verilib. Müəssisənin tikintisi üçün şirkət artıq bir sıra tikinti işlərinə 2 milyard dram vəsait xərcləyib”, - deyə bilgidə qeyd olunub.Onuda qeyd edək ki, sərhədimizdə tikilən bu zavod Azərbaycanın tələbi ilə köçürüldü.