BAKI FUNİKULYORU AVROPANIN ƏN YAXŞILARI SIRASINDA YER ALIB

Bakı funikulyoru Avropanın ən yaxşı funikulyorları sırasında yer alıb.Beləki, sözügedən funikulyor Avropanın ən yaxşı funikulyorları sırasında “TOP-5”ə daxil olub.

Reytinqdə 1-ci yeri Parisin şimalında, Montmartr təpəsində yerləşən məşhur funikulyor tutub.Bu funikulyor saatda iki min sərnişin daşıya bilər.İkinci yerdə Macarıstanın Budapeşt şəhərindəki Buda təpəsində olan funikulyor qərarlaşıb.Qeyd edəkki, bu funikulyor Avropada ikinci tikilib.Üçüncü yerdə 1875-ci ildəTürkiyədə açılan yeraltı Tunel funikulyoru, dördüncü sırada isə 1905-ci ildə tikilmiş Kiyev funikulyoru dayanır.1960-cı ildə tikilmiş və 2012-ci ildə tamamilə yenidən təmir edilmiş Bakı funikulyoru isə 5-ci sırada qərarlaşıb.O, reytinqdə göstərilən digər funikulyorlarla müqayisədə ən müasirdir.Azərbaycanda yeganə olan bu funikulyordan Bakı buxtasına və Xəzər dənizinə əvəzsiz mənzərə açılır.