BAD KƏNDİNİN ÇƏTİNLİKLƏRİ HƏLL EDİLİR

Bad Quba rayonunda dağların ətəyindədir. Tam adı Bad Qalagah olan bu kəndin ərazisi Rustov İƏV-nə aiddir. Kənd sakinlərinin sözlərinə görə kənddə Qala Suvarun və Qala Ələmun adlı qala xarabalıqları var. Bu qalalar bad adlanan kərpicdən hörüldüyü üçün kənd Bad Qalagah adını alıb. Sonralar Qalagah adını da itirən Bad Qalagah indi Bad adlanır. Füsünkar doğası olan Badın kənd turizminə qazandıra biləcəkləri də çoxdur. Bad kəndində yaranan mövcud problemlərin həlli ilə bağlı Quba rayon İcra Hakimiyyətinə edilən vətəndaş müraciətindən sonra bu problemlərin həlli məqsədilə Quba Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi komissiya yaradılıb. Aidiyyatı qurumların səlahiyyətli nümayəndələri ilə birlikdə kənd sakinləri ilə görüşən rayon rəhbəri burdakı durumla yaxından tanış olub.