AĞRI DAĞININ ZİRVƏSİ ƏRİYİR
Baxış sayı: 1084
'Türkiyənin damı' adlandırılan Ağrı dağının 4 min - 5 min 137 metr arasında olan buzlaqları havaların isti keçməsi ilə əlaqədar əriməyə başlayıb. Dağın ətəyində yerləşən bəzi kəndlər, həddindən artıq keçən istilər səbəbiylə buzlaqların əriməsi nəticəsində yaranan daşqınlara məruz qalır. Ağrının Doğubayazıt mahalı ilə İğdır arasında yerləşən, hündürlüyü dəniz səviyyəsindən 5 min 137 metr yüksəklikdə olan Türkiyənin ən hündür dağı hesab edilən Ağrı dağının buzlarla örtülmüş zirvəsi gündən-günə əriyir.