AĞILLI ŞƏHƏR HARADA SALINACAQ?

557 hektalıq ərazidə ağıllı şəhər yaradılacaq.İtaliya memarlıq firması Stefano Boeri Architetti Meksikanın Konkun bölgəsində salınacaq ağıllı meşə üçün şəhər modeli hazırladı.Proyektin müəllifi botanikçi ve peyzaj memarı Laura Gattidi.

Hazırda qum yatağı kimi istifadə edilən 557 hektarlıq ərazidə salınacaq .Ağıllı meşə şəhəri bütün ərzaqlarını və istifadə edəcəyi enerjini özü istehsal edəcək. 130 min insanın yaşaması üçün nəzərdə tutulan şəhərdə, 400 fərqli növdən olan 7.5 milyon bitki ilə yaşıl sahə yaradılacaq. Bu ağıllı şəhərin enerji ehtiyacını ödəyə bilməsi üçün ətrafına günəş panelləri düzüləcək. ŞƏhərdə həmçinin əkinçilik üçün də geniş yer ayrılacaq. Tarlaları sulamaq və şəhərin suya olan ehtiyacını ödəmək üçün isə yeraltı kanallar çəkiləcək. Benzin və dizelnən işləyən maşınlar üçün şəhərin kənarında park yerləri yaradılacaq. O maşınlar şəhərin içərisinə buraxılmayacaq. Şəhərdaxili isə elektrikli nəqliyyatdan istifadə ediləcək. Bu şəhərdə beynəlxalq təşkilatların binaları, üniversitet filialları və böyük şirkətlərin bölmələri yerləşə biləcək. Geridönüşüm iqtisadiyyatı üzərində qurulacaq şəhər sakinlərinin bütün yemək və enerji ehtiyacını qarşılaya biləcək.Şəhərin tam istifadəyə veriləcəyi tarix isə hələ bəlli deyil.