AĞILASIĞMAZ SAYDIĞIMIZ İDEYALARDAN NECƏ PUL QAZANMAQ OLAR?

Yəqin ki, hər biriniz tez-tez ağlınıza gələn qəribə ideyalardan xəbərdarsınız, amma “Yox, bu ağılasığmaz” deyə düşünürsünüz. Statistikaya görə bu hal hər birimizlə gün ərzində ən azı bir dəfə baş verir. Bəs bizim ağılasığmaz saydığımız bu ideyalardan kimlər öz biznesini qurub?

arixdə “ağılasığmaz” ideyalardan milyonlarla pul və dünya şöhrəti qazananların sayı çoxdur. Uğur cəsarət tələb edir. Gəlin belə ideyalardan bir neçəsi ilə tanış olaq. 1.Daşdan ev heyvanları. Uzaq 70-ci illərin ideyası – Qari Dall adlı şəxs öz dostu ilə söhbətində ondan belə bir cümlə eşidir: “ Yalnız bir daş ən problemsiz ev heyvanı ola bilər”. Qaridən başqa hər kəs gülməyə başlayır. Heç də qəribə deyil ki, o, bir neçə sponsoru bu ideyaya yatırım etməyə və layihə üzərində işləməyə sövq edə bilir. Bir neçə həftədən sonra bu ev heyvaları üzə çıxır. Yeri gəlmişkən, dəstin içinə ev heyvanını necə yetişdirməklə bağlı təlimat da daxil idi. 2. İtlər üçün eynək. 1990-cı illər olardı…Roni di Lullo adlı şəxs parkda öz iti ilə oynayırdı. O, itinə frizbi (qolf diski) atırdı amma it günəş şüasına görə onu tuta bilmirdi. Belə olan halda Roninin ağlına bir ideya gəlir – itlər üçün eynək. Tezliklə Midknight Creations adlı şirkət yaranır və onun illik dövriyyəsi 4 milyon dollar olur. 3. Tozsoranın köməyi ilə saç düzümü. “Flowbee” – saç düzümü cihazıdır, o, adi tozsorana xüsusi şlanq vasitəsilə bərkidilir. Real görünməsə də, 10 ilə yaxın müddətdə 3 milyondan çox surəti satılır. Onu uzaq 80-ci illərdə adi bir dülgər hazırlayıb. 4. Qazlar üçün “polis” 1987-ci ildə David Marks qolf klubunda işləyirdi. Burada qazlar daim müştərilərə qolf oynamağa mane olurdular. Belə olan halda David it alıb ona qazları qovmaq təlimi keçmək qərarına gəlir və bu ideya yaxşı alınır. Tezliklə Marks qovulur və öz firmasını açır – “qaz polisi” Şirkət sürətlə inkişaf edir və hal-hazırda onun 38 itin qazlardan qoruduğu 10-dan çox ərazisi var. Şirkət özü isə sahibinə ildə 3 milyondan çox gəlir gətirir. Dahiyanə ideyalar dünyanın onlara ehtiyacı olduğunda yaranır.