AZƏRBAYCANLA RUSİYA SƏRHƏDİNDƏ YERLƏŞƏN SAMUR ÇAYI ÜZƏRİNDƏ YENI KÖRPÜ AÇILDI.

"Yeni körpü beynəlxalq layihələrin həyata keçirilməsi üçün daha geniş imkanlar yaradır.Azərbaycan və Rusiya arasındakı sərhəddə, Samur çayı üzərində yerləşən körpünün açılışı iki ölkə arasında olan dostluq və qonşuluq rəmzidir".

Bunu Baş Nazirin müavini Şahin Mustafayev Samur çayın üzərində körpünün açılışı zamanı bildirib.Əməkdaşlarımızın da iştirak etdiyi açılış mərasimindən olan görüntülərlə sizi tanış edirik. Azərbaycanla Rusiya arasında sərhəddə yerləşən Samur çayı üzərində salınan avtomobil körpüsünün açılışı baş tutub.Açılış mərasimində Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayev, Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin, Dağıstan Muxtar Respublikasının rəhbəri Vladimir Vasilyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və Quba Rayon icra hakimiyyəti başçısı Ziyəddin Əliyev,Xaçmaz Rayon icra hakimiyyəti başçısı Elnur Rzayev , Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov iştirak ediblər. Açılışda qeyd olunubki ,bu körpü sərhədyanı regionlarında yaşayan insanın əlaqələrin daha da sıx edəcək:"Bu körpü ticarət əməliyyatlarının genişlənməsinə imkan yaradacaq.On ay ərzində Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 23% artıb.Gömrük sadələşdirilməsi və "Yaşıl dəhıiz" sisteminin işə salınması isə ticarət dövriyyəsini daha da genişləndirəcək".Qeyd edək ki, körpü Rusiya və Azərbaycanın birgə maliyyəsi hesabına tikilib.Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü il sentyabrın 13-də imzalanıb.Yeni körpü 1957-ci ildə inşa olunmuş körpünü əvəz edəcək.Körpünün uzunluğu 325,3 metr, eni isə 17,3 metrdir. Körpü 5 aşırımlı iki zolaqdan ibarətdir. Burada eni 3,75 metr olan qapalı piyada zolağı da salınıb.