AZƏRBAYCANIN “TOKİO-2020”DƏ İLK MEDALI

İyulun 30-da Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska “Tokio-2020” 32-ci Yay Olimpiya Oyunlarında milli komandamıza ilk medalı qazandırıb. 78 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançımız bürünc medal uğrunda görüşdə çinli Şiyan Ksu ilə qarşılaşıb. Rəqibini ipponla məğlub edən cüdoçumuz “Tokio-2020”də Azərbaycanın aktivinə ilk medalı yazdırıb. Yarımfinala gedən yolda Bosniya və Herseqovina idmançısı Larisa Tseriçə və Koreyalı Mijin Hana qalib gələn cüdoçumuz yarımfinalda yaponiyalı Akira Soneyə uduzub.