AZƏRBAYCANIN YAXIN DOSTU XASİYAT RÜSTƏMƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın tanınmış şairi, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, ədəbiyyat sahəsində populyar “Kitob dunyası” qəzetinin baş redaktoru Xasiyat Rüstəmə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ədəbiyyat, sənət adamları, alimlər, jurnalistlər, Daşkənddəki çoxsaylı universitetlərin müəllim və tələbələri iştirak ediblər. İlk olaraq iştirakçılara Mərkəzin foyesində Xasiyat Rüstəm yaradıcılığına dair kitabların sərgisi təqdim olunub.